2015-ci ilin noyabr ayında Əziz Əliyev adına

|

2015-ci ilin noyabr ayında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi qeyd olunacaq və yubileyə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransın materiallarının məcmuəsi dərc olunacaqdır.

Elmi-tədqiqat işlərin nəticələri azərbaycan, rus və ingilis dillərində qəbul  olunur, həcmi 3 səhifədən çox olmamalıdır: A4 formatda, boş sahələr hər  tərəfdən 2,5 sm şrift 14, Times New Roman (Unicod),  interval 1 şərtlərinə cavab verməlidir.  Məqalələr və tezislər çap (bir nüsxə), elektron (CD) variantda olmalıdır və may ayının 15-nə qədər aşağıdakı ünvana təqdim olunmalıdır.

Bakı ş. AZ1012, Tbilisi prospekti məhəllə 3165, adhti@mail.ru tel. 431-01-82

Elmi işlər üzrə prorektor dos. M.T.Meybəliyev