2015-ci il 4-5 may tarixində Milli Onkologiya Mərkəzi, Azərbaycan Uroloqlar Assosiasiyası

|

2015-ci il 4-5 may tarixində Milli Onkologiya Mərkəzi, Azərbaycan Uroloqlar Assosiasiyası, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi” mövzusundaAzərbaycan Uroloqlarının I Beynəlxalq Konqresi keçiriləcək.

Konqres iki məkanda baş tutacaq – 4 may tarixində mütəxəssislər öz məruzələri ilə Azərbaycan Dövləti Həkimləri Təkmilləşdirmə İnstitutunda çıxış edəcəklər  və 5 may tarixində mütəxəssislər Milli Onkologiya Mərkəzində canlı əməliyyatlar həyata keçirəcəklər.