Süd vəzi xərçəngi xəstələrində fertillik problemləri

|

18-19 aprel 2022-ci il tarixlərində Avropa Onkologiya Məktəbi (ESO), Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Visiting Professorship Meetings” proqramı çərçivəsində “Süd vəzi xərçəngi xəstələrində fertillik problemləri” adlı tədbir keçiriləcək. Tədbirin əsas qonağı İtaliyanın Genova Universitetinin dosenti Matteo Lambertini olacaq. Tədbir çərçivəsində süd vəzi xərçənginin epidemiologiyası, diaqnostikası və müalicəsi, patoloji aspektləri və digər mövzular üzrə məruzələr dinləniləcək. Həmçinin görüş zamanı süd vəzi xərçəngi üzrə xəstə təqdimatları və müxtəlif müzakirələr aparılacaq.

Qeydiyyat üçün link: https://www2.eso.net/pg_EventRegistration.aspx?IDActivity=aXQyL25OUWF0ZllReWNpdmZxRnZuQT09