5-ci Azərbaycan-Alman-Türk Tibb Konqresi və 5-ci Bakı Beynəlxalq Tibbi Treninq Günləri

|

3-5 may 2019-cı il tarixlərində Bakıda növbəti 5-ci Azərbaycan-Alman-Türk Tibb Konqresi və 5-ci Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcəkdir. Cərrahiyyə, onkologiya, qastroenterologiya, radiologiya, ginekologiya, intensiv terapiya və tibbin bir sıra sahələrinin ən aktual problemlərinə həsr olunmuş konqresin işində referent qismində Almaniya, Türkiyə, İsveçrə və Avstriyanın Universitet klinikalarında çalışan  20-ə yaxın tanınmış professorlar iştirak edəcəkdir. Bu il də ötən illərdə olduğu kimi Milli Onkologiya Mərkəzi, akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ET Mama-Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin, canlı əməliyyatların və mürəkkəb xəstələrin müzakirəsinin də keçirilməsi planlaşdırılır. Konqres və treyninqlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yanaşı Avropa institutları tərəfindən də davamlı tibb təhsili tədbiri kimi akkreditasiya olunacaqdır(30 CME ball)

Ətraflı məlumat və qeydiyyat üçünhttp://agtmed-congress.com/