
Millli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkili ilə 2 sentyabr 2022-ci il tarixində “Süd vəzi xərçəngi diaqnostikası və müalicəsində yeni era” adlı vebinar keçiriləcək.

15 iyul 2022-cı il tarixində 3224.01–“onkologiya” ixtisasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan Milli Onkologiya Mərkəzinin qiyabi doktotantı İbişova Leyla Malik qızının "Azərbaycan Respublikasında yumurtalıqların xərçənginin epidemioloji xüsusiyyətləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.

07 iyun 2022-cı il tarixində 3224.01–“onkologiya” ixtisasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan Milli Onkologiya Mərkəzinin qiyabi doktorantı Əsədli Qeys Səxavət oğlunun “Qırtlaq xərçənginin T3 mərhələsində kombinəolunmuş cərrahi əməliyyatın və konservativ müalicəsinin əhəmiyətlərinin təhlili ’’ mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.

30.06.2022-ci il tarixində tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertant Aminə Ramiz qızı Hüseynovanın 3225.01 – “şüa diaqnostika,ı və terapiyası” və 3224.01 “onkologiya” ixtisaslarında “Dayaq-hərəkət aparatının birincili bədxassəli şişlərinin kompleks diaqnostikasında maqnit-rezonans tomoqrafiyanın rolu” mövzusunda yazdığı dissertasiya işinin rəsmi müdafiəsi keçiriləcək.

28.06.2022 -ci il tarixində 3225.01 – “şüa diaqnostikası və terapiyası” ixtisasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun doktorantı Elşad Mübariz oğlu Sadıqovun “Ağız suyu vəzilərinin nonneoplastik və neoplastik patologiyalarının radioloji semiologiyası” mövzusunda dissertasiya işinin Elmi seminarda müzakirəsi keçiriləcək.