Milli Onkologiya Mərkəzi və Belçikanın Orfit Industries şirkəti arasında əməkdaşlıq sazişi



Azərbaycanın aparıcı onkoloji mərkəzi ilə əməkdaşlıq müqaviləsi.
Orfit şirkəti şüa müalicəsi üçün dünya üzrə immobilizasiya avadanlığının təchizatçısı kimi öz mövqeyini möhkəmləndirir.
Antverpen 19 yanvar, 2015-ci il. Orfit İndustries şirkəti Bakıda Azərbaycanın və bütün Qafqaz regionunun aparıcı onkoloji müəsissəsi olan Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq müqaviləsi bağlamasına nail olmuşdur. Orfit İndustries şirkəti şüa müalicəsində xəstə immobilizasiyası və yerləşdirilməsini təmin edən dünyanın aparıcı sistem və avadanlıqların təchizatçısıdır.
Müqaviləyə Milli Onkologiya Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində Orfit şirkətinin iştirakı ilə klinik təcrübə və tədqiqatların, o cümlədən, elm və maarifləndirici tədbirlərin təşkili daxildir. Orfit şirkəti bütün yeni Orfit texnologiyaları ilə Milli Onkologiya Mərkəzinin müasirləşməsini və Mərkəzdə şüa terapiya şöbəsinin həkim heyətinin təlimini təmin edəcək. Bu sahədə bazar lideri kimi Orfit şirkəti müasir avadanlığın istifadə edilməsi üzrə həkim heyətinə təmənnasız təlim keçirilməsinə böyük səy göstərir.
Milli Onkologiya Mərkəzi isə öz növbəsində təhsil xidmətləri üçün kifayət qədər səriştəli kadrlar ilə təmin etməyi və digər mərkəzlərdən olan mütəxəsisslərin yeni kliniki üsulları, o cümlədən, xəstə yerləşdirilmə və immobilizasiya üsullarının həyata keçirilməsini öyrənməsi üçün təcrübə keçməsini nəzərdə tutur. MOM, həmçinin Orfit məhsul və texnologiyalarını gələn qonaqlara və müştərilərə tanıtdıracaq.
Orfit şirkətinin əsas fəaliyyət sahəsi kimi xəstənin düzgün immobilizasiyası şüa müalicəsinin uğurlu olması üçün vacibdir. Orfit termoplastik maskalar xəstənin 1.5mm-dən az olan sahəyə yaxınlaşması mümkün edərək, rahat, düzgün və yenidən istifadə olunan şəkildə immobilizasiyasını təmin edir. Bu, müalicənin effektivliyini artıraraq şiş ətrafındakı sağlam toxumanın şüalanmadan zədələnməsinin qarşısını alır.
Orfit şirkəti xəstənin tam immobilizasiyası və yerləşdirmə avadanlığı üzrə dünyanın lider təchizatçısı kimi tanınır. Bununla da Orfit şirkəti mühüm R&D (Research and Development – Tədqiqat və İnkişaf ) fəaliyyətini qoruyub saxlayır. Kliniki elmi-təqdiqat aparan tərəfdaşlar ilə müxtəlif əməkdaşlıq müqavilələri dünya bazarına açıq olan qabaqcıl məhsulların inkişafı sahəsində Orfit şirkətinin texnoloji gedişinə geniş imkan yaradır. Kliniki institutlar ilə aparılan belə əməkdaşlıq kliniki mühitdə tibbi avadanlığın yoxlanması üçün həm əhəmiyyətli həm də vacibdir.