Milli Onkologiya Mərkəzi və Cancer Aid İnternational Onlus təşkilatı ilə əməkdaşlıq haqqında memorandum.
11 mart 2010–cu ildə Bakı şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və C.A.I Onlus (Cancer Aid İnternational) qeyri-kommersiya ictimai təşkilatı ilə əməkdaşlığı haqqında memorandum imzalanıb. Memoranduma Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən akademik C.Ə.Əliyev və C.A.I Onlus (Cancer Aid İnternational) qeyri-kommersiya ictimai təşkilat tərəfindən Dr.M.Kastodi imza atıb. Tərəflər, birgə əməkdaşlığın vacibliyi baxımından, ümumi məqsədlərə nail olmaq naminə və eləcədə üzərinə düşən vəzifələrin icrasının effektivliyini yüksəltmək məqsədi ilə ikitərəfli maraqları nəzərdə tutan məsələlərin həll edilməsində, xüsusi cərrahi əməliyyatların icrası, konsultasiya və treninqlərin keçirilməsi üçün İtaliya mütəxəssislərinin Azərbaycana dəvət olunması sahəsundə aktiv əməkdaşlıq və sıx işgüzar münasibətlər quraçaqlar.