Milli Onkologiya Mərkəzi və Milan San Raffaele Hospitalı arasında əməkdaşlığ razılaşması.

|

7 aprel 2011-ci ildə Bakı şəhərində  Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Milan San Raffaele Hospitalı arasında elmi –tədqiqat sahəsində əməkdaşlığa dair razılaşma imzalanıb. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik C.Ə.Əliyev və Milan San Raffaele Hospitalı onkohematologiya departamentinin rəhbəri Federico Cappio tərəfindən imzalanan razılaşmada birgə elmi tədqiqat proqramları, layihələr və s. öz əksini tapib. Tərəflər elmi tədqiqat fəaliyyətinin  hemoblastozların diaqnostikası və müalicəsi istiqamətlərində əməkdaşlıq edəcəklər