Milli Onkologiya Mərkəzi və Türkiyə Respublikası Yüksək Öğrenim Kurumu arasında müqavilə.

|

18 yanvar 2013-cü ildə Bakı şəhərində  Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Türkiyə Respublikası Yüksək Öğrenim Kurumu arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair müqaviləyə  imza atılıb. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik C.Ə.Əliyev və Türkiyə Respublikası Yüksək Öğrenim Kurumu başkanı Prof. Dr. Gökhan Çetinsaya tərəfindən imzalanan razılaşmada alim və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqat proqramları, layihələrin hazırlanması, tibb bacıların və köməkçi personalın təhsili və digər istiqamətlərdə əməkdaşlıq edəcək.