Ümümdünya qalxanabənzər vəzi gününə həsr olunmuş elmi-praktiki konfrans

|

 2014-cü mayın 24-də Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkiatçılığı ilə “Park İnn Hotel”-in ”  Dan ulduzu zalında  Ümümdünya qalxanabənzər vəzi gününə həsr olunmuş  elmi-praktiki konfrans keçirilib. Seminarı giriş sözü ilə Azərbaycan  Respublikası Səhiyyə Nazirliyinin  baş endokrinoloqu ə.e.x., t.ü.e.d., professor Rafiq Məmmədhəsənov açdı.

Sonra  mütəxəssislər proqram üzrə məruzələrlə çıxış etdilər :

  • Tibb elmləri doktoru,professor Valeriy Anatolyeviç Oleynik ( «Qalxanabənzər vəzinin xərçəngi»,Ukrayna Endokrinologiya və maddələr mübadiləsi İnstitutunun «Ümumi endokrin patologiya» şöbəsinin rəhbəri).
  • Rauf Cabarov (“Antitellər-qalxanabənzər vəzinin xəstəliklərində onların rolu”,Respublika Endokrinoloji Mərkəzin direktoru).
  • Tibb elmləri doktoru,professor Əziz Əliyev ( “Qalxanabənzər vəzinin xərçəngi: Total tireoidektomiya və regionar limfodiseksiyanın əhəmiyyəti”,Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri  şöbəsinin  onkoloq-cərrahı).
  • Fuad Əliyev ( “Tireoid xəstəliklərində radionuklid diaqnostika və terapiya”, Milli Onkologiya Mərkəzinin Radionuklid şöbəsinin həkimi).

Seminar yüksək elmi səviyyədə keçib və çıxış edən mütəxəssislərə kifayət qədər sullar verilib.