«Radiassion onkologiyanın müasir vəziyyəti və perspektivləri» mövzusunda elmi-praktiki konfrans

|

2014-cü il iyun ayının 13-14-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda MOM-un konfrans zalında «Radiassion onkologiyanın müasir vəziyyəti və perspektivləri» mövzusunda  elmi-praktiki konfrans keçirilib. Konfransın açılışı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin çıxışı ilə başladı. Sonra mütəxəssislər öz məruzələri ilə çıxış etdilər.

 Professor Vaynson A.A. (“ Klinik radiobiologiya və radiasion onkologiya-inkişaf tendensiyaları”. Rekombinant şiş antigenləri laboratoriyasını aparıcı elmi əməkdaşı, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəz, Moskva). 

T.ü.f.d. Bülent Aydoğan ( “ Radiasion onkologiyada tibbi fizikanın rolu-müasir baxışlar”. Radiasion və Hüceyrə  Onkologiyası şöbəsi,Tibbi fizika üzrə UİC komitəsinin direktoru, Çikaqa Universitetinin Xərçəng Araşdırmaları Mərkəzi)

Professor Tkaçov S.İ. ( “ Bədxassəli şişlərin distansion şüa terapiyasının inkişaf perspektivləri”. Radiasion Onkologiya bölməsinin rəhbəri, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəz, Moskva). 

Steven Cuypers ( “ Şua terapiyası üçün yeni immobilizasiya avadanlıqları”. Orfit İndustries,Vijnehem, Belçika).

Professor Dr. Çetin Önsel ( “ Xərçəng xəstəliyinin müalicəsində Nuklear Tibdə istifadə olunan metodlar-onların effektivliyi və inkişaf perspektivləri”. İstanbul Universiteti, Cərrahpaşa Tibb Fakultəsi, Nuklear Tibbi Kafedrası, Türkiyə).

Professor Meriç Şengöz ( “ True Beam radioterapevtik aparatında bəd xassəli şişlərin şüa müalicəsinin aparılma imkanları”. Acıbadem Universiteti Klinikası,Türkiyə).

Professor Ufuk Abacıoğlu (“ İntrakranial və MSS şişlərində Rapid ARC radiocərrahiyəyə göstərişlər”. Neolife Medical Center, İstanbul).

Professor Zoltbn Takbcsi-Nagy (“ Baş-boyun şişlərini braxiterapiyası”. Baş konsultant, şüa terapiyası şöbəsi, Macarıstan Milli Onkologiya İnstitutu, Budapeşt).

Professor İsayev İ.H. (“ Azərbaycanda şua terapiyası-müasir vəziyyəti və inkişaf perspektivləri”. Şüa terapiyası şöbəsinin rəhbəri, Milli Onkologiya Mərkəzi, Bakı).

Konfrans yüksək elmi səviyyədə keçdi və çıxış edən mütəxəssilərə suallar verildi.