“Bədxassəli törəmələrin müasir diaqnostikası və müalicəsi” mövzusunda simpozium

|

2013-cü il yanvarın 23-də Bakıda, “Monolit Plaza”-nın konfrans zalında Azərbaycan və ABŞ ixtisasçıların təşəbbüsü ilə “Bədxassəli törəmələrin müasir diaqnostikası və müalicəsi” mövzusunda simpozium keçirilib. Simpoziumun təşkilatçısı Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi idi. Simpoziumun rəsmi dili Azərbaycan və ingilis dilləri idi         . Simpoziumun açılışı Azərbaycan  Respublikası Milli Onkologiya Mərkəzinin Baş direktoru,  akademik Cəmil Əiyevin çıxışı ilə başladı. Sonra proqram üzrə  Azərbayacan mütəxəssisləri öz məruzələri ilə çıxış etdilər- t.ü.f.d. Azad Kərimli (Azərbaycan  Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu), t.e.d., dos. Rasim Zeynalov (Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin kimyaterapiya şöbəsinin rəhbəri, “Azərbaycanda onkologiyanın inkişaf perspektivləri”). ABŞ mütəxəssislərindən James A. Radoseviç, Ph.D.(Ağız boşluğu xəstəliklərinin Molekulyar Biologiyası üzrə Professor; Stomatologiya Kolleci, Çikaqoda İllinoys Universiteti “İnsan orqanizmində rast gələn bədxassəli törəmələrdə azot oksidinin rolu”), G.Kennet Haines, MD (Cərrahi xəstəliklərin patomorfologiyası proqramının direktoru; Patomorfologiya rezidentura proqramının rəhbər müavini; Tibb təhsil ) Burada MOM-dan, ATU-dan, Tobçubaşöv  adına ETİ-dan və digər tibbi müəssisələrdən 160 mütəxəssis iştirak edirdi. Simpozium yüksək elmi səviyyədə və iştirakçıların fəalliğı ilə keçdi, belə ki, məruzənin sonunda verilən suallar və alınan cavablar iştirakçıların simpoziuma yüksək marağından xəbər veririrdi.