“Hilton” otelində Azərbaycan–Türkiyə Onko–ginekologiyaslna dair elmi-praktiki konfrans
2013-cü il iyul ayının 12-13-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkilatçiliği ilə Bakıda, “Hilton” otelində Azərbaycan–Türkiyə Onko–ginekologiyaslna dair elmi-praktiki konfrans keçirilib.
Simpoziumun açılışı Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin çıxışı ilə başladı. Sonra proqram üzrə Azərbayacan və Türkiyə mütəxəssisləri öz məruzələri ilə çıxış etdilər: Prof.Faruk Köse (“Türkiyədə HPV-nin yayılması”, LİV Hospital,İstanbul); Prof.Kunter Yüce (“Uşaqlıq boynunun kolposkopiyası”, Hacettepe University Hospital, Ankara); T.ü.f.d. Alıyev Şəmistan, Məmmədbəyli Günay (“Ginekologiyada laparoskopiyanın rolu” Milli Onkologiya Mərkəzi); Prof. İlkkan Dünder (“HPV-nun vaksinləri”, Avrupa Florence Nighingale Hastanesi, İstanbul); Prof. Ali Ayhan (“Yumurtalıq xərçəngində sitoredüklif cərrahiyyə”, Başkent University Hospital, Ankara); Prof. Macit Arvas (“Residivləşmiş yumurtalıq xərçənginin müalicə metodu”, Cerrahpaşa University Hospital, İstanbul); T.ü.f.d. Kamal Əkbərov (“Uşaqlıq boynunun xəçəngində şüa terapiyasının müasir vəziyyəti” Milli Onkologiya Mərkəzi); T.ü.f.d. İlqar Musayev, t.ü.f.d. Rasim Zeynalov (“Yumurtalıq xərçənginin müalicəsində neoadyuvant kimyaterapiyası”, Milli Onkologiya Mərkəzi); T.ü.f.d.Diederick De Jonq (“Yumurtalıq xərçənginin erkən aşkarlanması”, Milli Onkologiya Mərkəzi);
Prof. Polat Dursun (“Ginekologiyada Sinqle Port laparoskopiya”, Başkent University Hospital, Ankara).
Məruzənin sonunda mütəxəssislərə suallar verildi və alınan cavablar iştirakçıları məmnun etmişdi.