"I Beynəlxalq Süd Vəzisi Xərçəngi Konqresi BHWGI ilə birlikdə" adlı konfrans

|

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi , Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası və BHWGI -in birgə təşkilatçılığı ilə 21-22 oktyabr 2022-ci il tarixində Bakı şəhəri Fairmont oteldə "I Beynəlxalq Süd Vəzisi Xərçəngi Konqresi BHWGI ilə birlikdə" keçiriləcəkdir. 
Süd vəzisi xərçənginin profilaktikası, diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı mütəxəssisləri ilə yanaşı Konqresdə Türkiyə, ABŞ, Rusiya Federasiyası, Gürcüstan, Almaniya, Qazaxstan və digər ölkələrin tanınmış onkoloqları dəvətli spiker qismində iştirak edəcəklər.
Konfransda panel müzakirələrlə yanaşı, Beynəlxalq Süd Vəzisi Xəstəlikləri Çalışma Qrupunun VII toplantısı, süd vəzisi radioloji kursu, tibb bacısı kursu kimi praktik simpozium və seminarlar da təşkil olunacaqdır. 

Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün: https://breastdiseases.az/