Fransa səfiri Zakari Qros Milli Onkologiya Mərkəzində olub

|

2021-ci il martın 15-də Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Milli Onkologiya Mərkəzində olmuşdur. Görüşdə səfir Zakari Qrosu iqtisadiyyat müşaviri Lui Tuloğj müşayiət etmişdir.

Qonaqlar Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyev ilə görüşmüş, Çənubi Qafqazın ən böyük sağlamlıq oçaqlarından biri olan bu səhiyyə müəssisəsinin son illərdə əldə etdiyi elmi-kliniki nailiyyətlərlə tanış olmuşlar. Akademik Cəmil Əliyev Milli Onkologiya Mərkəzində tətbiq olunan innovativ texnologiyalar, müasir müalicə və profilaktika metodları, pasiyentlərə göstərilən yüksək xidmət parametrləri haqqında ətraflı məlumat vermişdir.

Səfir Zakari Qros Mərkəzdə gördüyü şərait və xidmət mədəniyyətinə yüksək qiymət vermiş, Mərkəzin gələcək inkişaf srtategiyası ilə maraqlanmış və səmimi qəbul üçün minnətdarlığını bildirmişdir.

Görüş zamanı iki ölkə arasında tibb sahəsində əməkdaşlıq münasibətləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Bu sahə üzrə əməkdaşlağın gələcəkdə daha da genişləndirilməsi məsələlərinin vacibliyi xüsusi vurğulanmışdır.

Sonda səfir Zakari Qros Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olmuş və fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.