Milli Onkologiya Mərkəzində qanvermə aksiyası keçirilib
15.04.2020|
Oxunma sayı: 4882
Şriftin ölçüsü
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində talassemiya və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilmişdir.
Aksiyada əsas məqsəd pandemiya dövründə xüsusi risk qrupunda olan, immun sistemi zəifləmiş, müxtəlif xəstəliklərə tutulmuş uşaqları yaranmış təhlükədən xilas etməkdir. Qanvermə aksiyası üçün əvvəlcədən bütün hazırlıqlar görülmüş, donorların, eləcə də tibbi personalın təhlükəsizliyi üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Milli Onkologiya Mərkəzində qanvermə aksiyası 3 gün davam edib.