Süd vəzi xərçəngi üzrə vebinar keçirilmişdir

|

      Millli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2022-ci il sentyabrın 2-də “Süd vəzi xərçəngi diaqnostikası və müalicəsində yeni era” adlı vebinar keçirilmişdir.

      Vebinarın fəxri iştirakçısı İsveçrə Uppsala Universitetinin radiologiya üzrə professoru,  Falun Mərkəzi Xəstəxanasının Mamoqrafiya şöbəsinin tibbi direktoru, Amerika Birləşmiş Ştatlarının bir sıra  süd vəzi mərkəzlərinin məsləhətçi radioloqu, “Randomized Controlled Breast Cancer Screening” layihəsinin rəhbəri, “Mammography Education Inc.”-in prezidenti professor Laszlo Tabar olmuşdur.

      Professor L. Tabar süd vəzi xərçəngi ilə mübarizəyə mühüm töhfələr vermiş və bu xəstəlik ilə bağlı bir sıra vacib yeniliklərə imza atmışdır.

      Tədbirdən sonra professor Laszlo Tabar oxucuların istifadəsi üçün öz müəllifliyi altında yazılmış kitablar göndərmişdir.