Uşaq Onkoloji Klinikasında bayram sevinci

|

Milli Onkologiya Mərkəzi Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin rəhbəri Sevinc Rəhimzadə və kollektivin həkimləri iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Uşaq Onkoloji Klinikasında müalicə alan uşaqları ziyarət etmişlər. Həkimlər uşaqları bayram münasibəti ilə təbrik etmiş, müalicələrinin gedişi ilə maraqlanmış,  onlara müxtəlif oyuncaqlar və hədiyyələr təqdim olunmuşdur.

         S.Rəhimzadənin rəhbərliyi ilə həkimlərin ziyarəti uşaqlar tərəfindən böyük sevinc və maraqla qarşılanmış, onlarda xoş ovqat yaratmışdır.