“Onkoloji xəstəliklərin müalicəsində perioperativ dövrə müasir yanaşma” mövzusunda seminar

|

6 dekabr 2024-cü il tarixində “Onkoloji xəstəliklərin müalicəsində perioperativ dövrə müasir yanaşma” mövzusunda seminar keçiriləcək. Tədbirdə onkoloji xəstəliklərin müalicəsi və bərpa dövründə xəstələrin ümumi həyat keyfiyyətinin yüksəldilməsi üçün düzgün qidalanma strategiyasının seçilməsi mövzusunda geniş müzakirələr aparılacaq. Seminarda yerli mütəxəssislərlə yanaşı Rusiyadan dəvət olunmuş çıxışçılar iştirak edəcəklər.

Tədbirin vaxtı: 6 dekabr 2024-cü il saat 14:00

Tədbirin keçirilmə yeri: Hyatt Regency Baku Hotel (İzmir küçəsi 6, Bakı)

Tədbirdə iştirak etmək istəyən həkimlər +994 55 202 08 08 nömrəsi ilə əlaqə saxlaya bilərlər.