“Bədxassəli Şişlərin Diaqnostikası və Müalicəsinə Müasir Yanaşma” adlı onlayn beynəlxalq elmi konfrans

|

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti, Heydər Əliyev Mərkəzi, Amerika Kliniki Onkologiya Cəmiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə cari ilin 21 may tarixində“Bədxassəli Şişlərin Diaqnostikası və Müalicəsinə Müasir Yanaşma” adlı onlayn beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbir saat 09:30 başlayacaq.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçmişdir. Kredit balı: 8

Tədbirdə iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməyənlər aşağıdakı link vasitəsi ilə konfransa qoşula bilərlər:


Konfrans linkinə keçid etdiyiniz zaman qısa ön qeydiyyatdan keçməyiniz xahiş olunur.