
Dissertasiya işinin müzakirəsi 11.05.2021
11 may 2022-ci ildə 3225.01 – “şüa diaqnostikası və terapiyası” və 3224.01 “onkologiya” ixtisaslarında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan AR SN ATU-nun dissertantı Aminə Ramiz qızı Hüseynovanın “Dayaq-hərəkət aparatının birincili bədxassəli şişlərinin kompleks diaqnostikasında maqnit-rezonans tomoqrafiyanın rolu” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək. ətraflı...

Milli Onkologiya Mərkəzinin həkimi vəfat etmişdir
Milli Onkologiya Mərkəzinin tanınmış həkimi, 10 ildən artıq bir müddətdə kollektivimizdə çalışmış Rəhmət Bağırov vaxtsız vəfat etmişdir. ətraflı...

Milli Onkologiya Mərkəzində beynəlxalq tədbir keçirilib
Bakıda Avropa Onkologiya Məktəbi (ESO), Milli Onkologiya Mərkəzi(MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 18-də “Visiting Professorship Meetings” proqramı çərçivəsində “Süd vəzi xərçəngi xəstələrində fertillik problemləri” adlı beynəlxalq tədbir keçirilib. ətraflı...

Azərbaycan alimlərinin insan ağciyər xərçənginin diaqnostikası üzrə araşdırmaları Çin alimləri tərəfindən təsdiqlənmişdir
Azərbaycan Resbulikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və AMEA-nın Biofizika İnstitutu əməkdaşlarının birgə tədqiqatları nəticəsində insan ağciyər xərçənginin klassifikasiyası üzrə Süni İntellekt yaradılmış və nəticələr “Artificial intelligence to classify human lung carcinoma using blood plasma FTIR spectra” başlıqlı məqalədə öz əksini tapmışdır ( Appl. Comput. Math. (2021, V.20, N.2, pp.277-289, O.K. Gasymov, A.H. Aydemirova, L.A. Melikova, J.A. Aliyev). ətraflı...

Süd vəzi xərçəngi xəstələrində fertillik problemləri
18-19 aprel 2022-ci il tarixlərində Avropa Onkologiya Məktəbi (ESO), Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Visiting Professorship Meetings” proqramı çərçivəsində “Süd vəzi xərçəngi xəstələrində fertillik problemləri” adlı tədbir keçiriləcək. ətraflı...

“GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi”
11 mart 2022-ci il tarixində saat 11:00-da AMEA Biofizika İnstitutunda “Elm günü”nə həsr olunmuş “GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçiriləcək. ətraflı...

Yeni elmi-tibbi icmal işlənib hazırlanmışdır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Ə. Əliyev və Mərkəzin şüa müalicəsi şöbəsinin rəhbəri, tibb elmləri doktoru professor İsa H. İsayev tərəfindən “İmmuno-onkologiya: bioloji əsasları, müasir vəziyyəti, şüa müalicəsi ilə birlikdə istifadə perspektivləri” adlı elmi-tibbi icmal işlənib hazırlanmışdır. ətraflı...

FD 1.02 Dissertasiya Şurasının iclası 02.03.2022
02.03.2022 -ci il tarixində saat 14:00-da 3225.01 – “şüa diaqnostikası və terapiyası” ixtisasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin dissertantı Hacı Günel Rasim qızının “Süd vəzi xərçəngində tənəffüsün dərin inspirasiya fazasında aparılan şüa müalicəsinin effektivliyi” mövzusunda dissertasiya işinin rəsmi müdafiəsi keçiriləcək. ətraflı...

Bakıda “Alman-Azərbaycan Ginekologiya Günü” adlı konfrans keçirilib
Yanvarın 14-də Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Alman-Azərbaycan Ginekologiya Günü” adlı tədbir keçirilib. ətraflı...

Bakıda IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib
Dekabrın 18-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda hibrid formatda IV Beynəlxalq uroonkologiya simpoziumu keçirilib. ətraflı...