İsrail həkimlərinin nümayəndə heyyəti Azərbaycanda qonaq oldular.

24-27 avqust 2016-ci ildə Heydər Əliyev Fondu, “Regional inkişaf” birliyi və AR SN Milli Onkologiya Mərkəzinin dəstəyi ilə İsrail həkimlərin nümayəndə heyyəti Azərbaycanda qonaq oldular. Nümayəndə heyyəti İsrailin “Xorev” Tibb Mərkəzinin, Qadın Sağlamlıq İnstitutunun və Videotoraskopik Cərrahiyyə İnstitutunun həkimlərindən ibarət idi.

Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə Bakı, Mingəçevir və Gəncə şəhərlərində İsrail həkimlərinin iştirakı ilə qadınlarda müxtəlif xəstəliklərin erkən diaqnostikası məqsədiylə pulsuz tibbi müayinə və konsultasiyalar təşkil olunmuşdur. Müayinələr Bakıda Milli Onkologiya Mərkəzi, Mingəçevir və Gəncə şəhər klinik xəstəxanalarında aparılmışdır.

Azərbaycan və İsrail mütəxəssisləri müayinələrlə yanaşı, həmçinin qarşılıqlı təcrübə mübadiləsi aparıblar.Həmçinin MOM-un mütəxəssisləri və İsrail həkimlərinin iştiraki ilə elmi-klinik forum təşkil olunmuşdur.

Qonaqlar arasında həkim mammoloq və ginekoloqla yanaşı, dermatoloq, endokrinoloq, radioloq, torakal-cərrah və anestezioloq-reanimatoloq da var idi. Bütün mütəxəssislər   onkologiya və digər sahələr üzrə böyük iş təcrübəsinə malik idilər.

Deleqasiya nümayəndələri və  Milli Onkologiya Mərkəzinin mütəxəssislərinin onkologiya sahəsində yüksək təcrübəyə malik olduqlarını xüsusisi olaraq qeyd etmişdilər. Deliqasiyanın rəhbəri Roman Barak Azərbaycan Respublikası  Prezidentinin diqqət və qayğısı sayəsində və  akademik Cəmil Əliyevin rəhbərliyi ilə MOM-un maddi-texniki bazasının  yüksək səviyəyə gəlib çatması barədə öz fikirlərini bildirmişdir .