Reanimasiya və İntensiv Terapiya Şöbəsi



Milli Onkologiya Mərkəzinin Reanimasiya və İntensiv terapiya şöbəsində 20 çarpayı, həmçinin izolyasiya tələb olunan xüsusi ağır kateqoriyalı xəstələr üçün bir boks nəzərdə tutulmuşdur. Şöbə müasir avadanlıqlarla təchiz olunmuşdur. Bunlardan bir neçə sistemi nəzərə çatdırmaq lazımdır:

  • bütün rejimlərdə ağciyərlərin ventilyasiyasını təmin edən süni tənəffüs aparatları. Bu qəbildən olan  aparatların istifadəsi ağciyərlərin zədələnməsinin minimuma  endirilməsinə, ehtiyac olduqda isə,kifayət qədər uzun müddətə respirator dəstəyin uzadılmasına imkan verir.
  • хəstələrə monitorinq və nəzarət sistemi aparatları.Bu kompleks şəklində  sistemdə birləşdırılmiş müasir aparatlar orqanizmin əsas həyati vacib funksiyalarına (hemodinamiki  göstəricilər, qanın oksigenlə təchizatı ,miokardın elektrik aktivliyi və s.) nəzarət etməyə imkan yaradır.
  • venadaxili istifadə olunan dərman preparatlarının sutka ərzində dozalanmış şəkildə yeridilməsi üçün aparatlar.

Şöbədə İntelligent Ventilation konsepsiyasını dəstəkləyən “HAMİLTON MEDICAL” süni tənəffüs aparatlarının, həmçinin kompaniyanın son nailiyyəti olan HAMİLTON S1 (İntellivent Ventilation) aparatının geniş istifadəsi xüsusi qürur mənbəyidir.Yüksək texnologiyalı ağciyərlərin süni tənəffüs aparatının istifadəsi, klinisistə müalicənin bütün dövrlərində tənəffüs aparatına qısa müddətdə və sürətlə adaptasiya olmağa, xəstələrin ümumi vəziyyətini və vacib parametrləri sürətlə qiymətləndirməyə kömək edir və xəstənin son nəticədə sağ qalma səviyyəsinin artırılmasına gətirib çıxarir.

Klinikada 24 saat ərzində təcili biokimyəvi  laborator müayinələrin, radioloji və endoskopik xidmətin fəaliyyət göstərməsi xəstələrin qısa müddətdə müayinə olunması və dəqiq diaqnoz qoyulmasına imkan yaradır.

Reanimasiya şöbəsi ağır xəstələrə qulluq üçün müasir vasitələrlə təchiz olunmuşdur. Tibbi personal iri həcmli intensiv terapiya aparılması və reanimasion tədbirlərin həyata keçirilməsi üçün xüsusi hazırlanmışdır.

İntensiv terapiya şöbəsinin həkimlərinin cərrahlar, terapevtlər və digər ixtisasların mütəxəssislərilə birgə fəaliyyəti nəticəsində qətiyyətli yanaşmanın seçilməsi, həm yanaşı xəstəlikləri olan cərrahi xəstələrə, həm də kimya və şüa terapiyası alan xəstələrə yüksək səviyyədə təkmilləşdirilmiş kompleks yardımın göstərilməsinə imkan yaradır.

Reanimasiya və İntensiv terapiya şöbəsinin müdiri – t.ü.f.d. Vəzirova Zəhra Şamil qızı. ABŞ və Almaniyanin aparıcı klinikalarında təkminləşmə kursları keçmişdir. Dəfələrlə intensiv terapiya və respirator dəstək üzrə beynəlxalq konfranslarda iştirak etmişdir, 50-dən çox elmi işin müəllifidir.