Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəmil Əliyevi “İstiqlal” ordeni ilə təltif edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilsin.”
Milli Onkologiya Mərkəzinin kollektivi bu ali dövlət mükafatı münasibətilə akademik Cəmil Əliyevi təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayır.

