Milli Onkologiya Mərkəzində uşaqlar üçün tədbir keçirilmişdir

|

İyunun 22-də  Milli Onkologiya Mərkəzi Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin rəhbəri Sevinc Rəhimzadə və şöbənin həkimləri Uşaq Onkoloji Klinikasında müalicə alan uşaqlar üçün əyləncəli şənlik təşkil etmişlər.

      Şöbənin həkim kollektivi Uşaq Onkoloji Klinikasında müalicə alan müxtəlif yaşlı uşaqlara mənəvi dəstək olmaq və onlara nikbin əhval-ruhiyyə bəxş etmək məqsədi ilə əyləncəli proqram hazırlamış və uşaqlara təqdim etmişlər. Tədbir uşaqlar tərəfindən böyük sevinc və maraqla qarşılanmışdır.

       Şənliyin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim edilmişdir.