Milli Onkologiya Mərkəzinin əməkdaşı vəfat etmişdir
Milli Onkologiya Mərkəzinin elmi katibi, uzun illər kollektivimizdə səmərəli fəaliyyət göstərmiş Rufa Abdul qızı Hüseynova vəfat etmişdir.
Rufa Hüseynova Milli Onkologiya Mərkəzinin elmi fəaliyyətinin təşkilində, ümumilikdə tibb elminin inkişafında böyük əmək sərf etmişdir. O, öz peşəkarlığı, yüksək intellekti, məsuliyyəti ilə rəhbərliyin və bütün kollektivin dərin hörmətini qazanmışdır. Rufa xanım iş yoldaşları arasında nəcib, həssas və səmimi bir insan kimi tanınırdı.
Milli Onkologiya Mərkəzinin rəhbərliyi və kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

