Milli Onkologiya Mərkəzinin əməkdaşlarının ukraynalı həmkarları ilə birlkdə yeni elmi kitabı nəşr olunub
Bu günlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin əməkdaşlarının xarici həmkarları ilə birgə işləyib hazırladıqları “Imaging in Abdominal Oncology” (Abdominal onkologiyada görüntüləmə) adlı elmi-metodik vəsait nəşr olunub.
Kitabın həmmüəllifləri Milli Onkologiya Mərkəzi, Ukrayna Milli Tibb Elmləri Akademiyası və Xarkov Milli Tibb Universitetinin aparıcı mütəxəssisləri — onkoloq və radioloqlardır. Nəşrdə qarın boşluğu orqanlarının şişlərinin ultrasəs müayinəsi üçün metodoloji tövsiyələr təqdim olunur. Elmi vəsait Ukrayna Respublikası və Azərbaycan Respublikası Səhiyyə Nazirliklərinin ali təhsil müəssisələrinin intern radioloqları, cərrahları, onkoloqları, ultrasəs diaqnostikası mütəxəssisləri, müəllimləri və tələbələri üçün nəzərdə tutulub. Kitab Azərbaycan, Ukrayna və ingilis dillərində dərc olunub.
Bu nəşr abdominal onkologiya sahəsində diaqnostik imkanların təkmilləşdirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və klinik praktikada müasir görüntüləmə metodlarının tətbiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

