Milli Onkologiya Mərkəzinin həkimi vəfat etmişdir

|

Milli Onkologiya Mərkəzinin tanınmış həkimi Sevil Məmmədova vəfat etmişdir. Sevil Məmmədova 40 ildən artıq bir müddətdə Milli Onkologiya Mərkəzində çalışmışdır. O, Milli Onkologiya Mərkəzinin Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində həkim-ginekoloq vəzifəsində çalışırdı. İş yoldaşları onu həssas, mehriban, səmimi insan kimi dəyərləndirirlər. Milli Onkologiya Mərkəzinin rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir. Allah rəhmət etsin!