Milli Onkologiya Mərkəzinin mütəxəssisləri beynəlxalq konqresdə çıxış ediblər
2026-cı il 24–26 aprel tarixlərində keçirilən MDB və Avrasiya Onkoloqları və Radioloqlarının XV Konqresi çərçivəsində Milli Onkologiya Mərkəzinin həkim və tibb bacıları çıxışçı qismində iştirak etmişlər. Konqres zamanı Mərkəzin mütəxəssisləri müxtəlif elmi sessiyalarda çıxış edərək onkologiya və radiologiya sahəsində əldə olunmuş elmi-praktik nəticələri beynəlxalq auditoriyaya təqdim etmiş, müasir diaqnostika və müalicə yanaşmaları ilə bağlı təcrübələrini bölüşmüşlər.
Hər il keçirilən bu konqres müxtəlif ölkələrdən çoxsaylı mütəxəssisi bir araya gətirərək elmi bilik mübadiləsi və peşəkar əməkdaşlıq üçün imkanlar yaradır.
Konqresin rəsmi açılış mərasimində Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev iştirak etmişdir. Tədbir çərçivəsində akademik Cəmil Əliyev səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın inkişafına verdiyi mühüm töhfələrə görə mükafatlandırılmışdır.

