Radionuklid Diaqnostika Şöbəsi

Milli Onkologiya Mərkəzinin radionuklid şöbəsi 2008-ci ildən fəaliyyətə başlamışdır. Hazırda Azərbaycanda yeganə izotop şöbəsidir.
Şöbə təmin olunmuşdur :
- İkibaşlı qamma kamera (General Electric)
- SPECT/CT- 670 (General Electric)

Şöbədə 01.09.2009-cu il tarixindən Monrol Nuklear Ürünler (Türkiyə) şirkətinə məxus Tc-99m istifadə olunur.

Şöbədə aşağıdakı müayinələr yerinə yetirilir :
- Skeletin ssintiqrafiyası. Sümük ssintirafiyası vasitəsilə sümük sistemində ikincili dəyişikliklərin və sümüklərin birincili şişlərinin erkən təyin olunması.

- Qalxanvarı vəzin ssintiqrafiyası. Qalxanvarı vəzin anatomik quruluşu, onun funksional vəziyyətinin və düyünlərin xarakterinin aşkar edilməsı.

- Qalxanvarı vəz ətrafı ssintiqrafiya. Paratiroid adeonomanın lokalizasiyasının təyin edilməsi.

- Dinamik böyrək ssintiqrafiyası. Böyrəklərin yumaqcıq filtrasiyası səviyyəsində funksiyasının təyin edilməsi.

- Statik böyrək ssintiqrafiyası. Pielonefritdən sonra böyrəklərin kortikal zədələnmələrinin təyin edilməsi.

- Miokardial ssintiqrafiya vasitəsilə perfuziyanın təyin edilməsi.

