Bu gün akademik Cəmil Əliyevin yubileyidir

|

Martın 30-u Azərbaycan elmi və praktiki onkolgiyasının patriarxı Cəmil Əliyevin doğum günüdür. Dünyanın 20 -yə yaxın ən nüfuzlu və tanınımış Elmlər Akademiyasının, elm mərkəzlərinin həqiqi və müxbir üzvü, fəxri professoru, onlarla beynəlxalq titul və mükafatlara layiq görülmüş akademik C. Əliyevin 75 yaşı tamam olur.

Azərbaycanda elmi, klinik və eksperimental onkolgiyanını inkişafının uzun və səmərəli yolu onun adı ilə bağlıdır. Adi əməkdaşlıqdan   kollektivin rəhbəri vəzifəsinə qədər uzun və şərəfli ömür yolu keçmiş Cəmil Əliyev Milli Onkologiya Mərkəzini son onillikdə Cənubi Qafqazın ən müasir, ən böyük müalicə ocağı pilləsinə yüksəltməyi bacarmışdır.

Hazırda 2100 nəfərə yaxın əməkdaşın çalışdığı Milli Onkologiya Mərkəzi nəinki Respublika əhalisinə, həmçinin Rusiya, İran, Türkiyə, Ukrayna, Moldova, Türkmənistan və digər ölkələrdən gəlmiş pasiyentlərə də elmin və tibbin ən son nailiyyətləri əsasındasa xidmət göstərməyə çalışır.

Akademik C.Əliyev 600-ə yaxın elmi məqalənin, 17 monoqrafiyanın, 14 metodiki vəsasitin,10 müəlliflik şəhadətnaməsinin müəllifidir. Dəfələrlə ABŞ, Rusiya, Almaniya, İngiltərə, Fransa,Yaponiya, Avstriya, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda elmi mühazirələrlə çıxış etmişdir.

1990-cı ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru vəzifəsində çalışan Cəmil Əliyevin rəhbərliyi altında 48 nəfər uğurla dissertasiya müdafiə edərək tibb üzrə  fəlsəfə doktoru və 8 nəfər isə elmlər doktoru alimlik dərəcələri almışlar.

Azərbaycan səhiyyəsinin inkişafında böyük xidmətlərinə görə akademik C.Əliyev “Əməkdar elm xadimi “ fəxri adına layiq görülmüş, “Şöhrət”ordenləri ilə təltif olunmuşdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəmil Əziz oğlu Əliyev yüksək dövlət mükafatı ilə - I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Görkəmli akademiki əlamətdar yubiley günü və yüksək mükafat münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, çətin və şərəfli işində böyük uğurlar arzulayırıq!