Həsənova Həcər Nazim qızı
Həkim-qastroenteroloq- endoskopist
  • medical_hn@yahoo.com
  • -
Bioqrafiya

2008-ci ildə Ə.Əliyev adına həkimləri təkmilləşdirmə institutunda Kliniki qastroenteroloqiya üzrə tematik təkmilləşmə kursu keçmişdir.

2009-cu ildə Mədə-bağırsaq sisteminin endoskopik müayinəsi üzrə tematiktəkmilləşmə kursu keçmişdir.

2011-ci ildə Hacettepe Universiteti Hacettepe xəstəxanasının Qastroenterologiya şöbəsində mədə-bağırsaq sisteminin endoskopik müayinə və terapevtik müalicəsi üzrə təkmilləşmə kursu keçmişdir.

2013-cü ildə Kiyev Oxmatdet adına uşaq klinik xəstəxanasında Uşaq endoskopiyası üzrə təkmilləşmə kursu  keçmişdir.

2014-cü ildə "Kilinikum Frankfurt Höchst" xəstəxanasında Uşaq endoskopiyası və invaziv endoskopiya üzrə təkmilləşmə kursu keçmişdir.

2006-2012-ci illərdə M.Tobçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Qastroenterologiya şöbəsində həkim vəzifəsində çalışmışdır.

2012-ci ildən Milli Onkologiya Mərkəzinin Endoskopiya şöbəsində çalışmaqdadır.

Endoskopiya, qastroenterologiya və onkologiya üzrə yerli və beynəlxalq konfranslarda iştirak etmişdir.

Peşəkar praktika: Ezofaqoqastroduodenoskopiya, Kolonoskopiya, Bronxoskopiya, xromoskopiya,histoloji tədqiqat üçün biopsiyaların götürülməsi,mədənin selikli qişasında H.Pilory bakterialarının təyini üçün aparılan ekspress test, qanaxmaların dayandırılması(qanaxma mənbəyinin klipsləşdirilməsi), qida borusunun stentləşməsi,bujj və balon dilatasiyaları, polipektomiya, yad cisimlərin çıxarılması, planlaşdırılmış və təcili endoskopik xidmət.

Onkoloji Koloproktologiya Mütəxəssislər Cəmiyyətinin üzvüdür.