I Kimyaterapiya Şöbəsi




I kimyaterapiya şöbəsi 1989-cu ildə akademik C.Ə.Əliyevin təşəbbüsü əsasında yaradılmışdır. Bu, ölkədə onkoloji müəssisə daxilində yaradılmış, bədxassəli şişlərin kimyəvi dərmanlarla müalicəsi ilə məşğul olan ilk ixtisaslaşmış şöbə idi. Hal hazırda I kimyaterapiya şöbəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya  Mərkəzinin aparıcı elmi klinik şöbələrindən biridir.

Şöbənin elmi tədqiqatlarının əsas istiqamətləri aşağıdakılardır :

  • Bədxassəli şişlərin əldə edilmiş kimyəvi dərman müalicəsinin təkmilləşdirilməsi və yeni metodlarının işlənilməsi.
  • Yeni şiş əleyinə preparatların kliniki öyrənilməsi və praktiki səhiyyəyə tətbiq edilməsi.

Praktik səhiyyə sahəsində əsas vəzifələr aşağıdakılardır :

  • Bədxassəli şişlərin dərman müalicəsinin aparılmasının təşkilinin təkmilləşdirliməsi.
  • Respublikanın periferik onkoloji müəssisələri üçün ixtisaslaşmış həkim-onkoloqların hazırlanması və onlara tövsiyyə – metodiki köməyin göstərilməsi.

I kimyaterapiya şöbəsi, ən müasir avadanlıqlarla təchiz edilmişdir ki, bunlarda  şişəleyhinə preparatları müxtəlif vaxt rejimlərində orqanizmə yeridilməsinə imkan verir.Onkoloji xəstələrin şişəleyinə prepratlarla pulsuz təmin edilməsi dövlət tərəfindən idarə edilir. Şöbədə bədxassəli şişlərin diaqnostika və şişəleyhinə dərmanlarla müalicəsi ümumi qəbul edilmiş dünya standartlarına uyğun aparılır. Şöbədə müxtəlif lokalizasiyalı bədxassəli şişləri olan xəstələrin dərmanlarla müalicəsi ( kimyaterapiya, endokrin terapiya, immunoterapiya, target terapiya ) aparılır. Şöbə aparıcı xarici klinikalarla əməkdaşlıq edir.

Elmi tədqiqatların və tibbi fəaliyyətin daha vacib istiqamətləri aşağıdakılardır :

  • Süd vəzi xərçəngi : - Süd vəzi xərçənginin müalicəsində yeni  yanaşmaların, eyni zamanda neadyuvant və adyuvant müalicə, target və antianqioqen terapiyanın işlənilməsi.
  • Yoğun bağırsaq xərçəngi : – Yoğun bağırsaq xərçənginin müalicəsinə yeni yanaşmanın və eyni zamanda yerli yayılmış və metastatik yoğun bağırsaq xərçəngində target terapiya ilə müştərək daha effektiv kimyaterapevtik rejimlərin işlənib hazırlanması.
  • Ağciyər xərçənginin : –  müalicəsində yeni kombinəolunmuş  kimyaterapiya + şüa terapiyası rejimlərinin hazırlanması və target ,antianqiogen müalicənin tətbiqi.
  • Yeni şişəleyhinə preparatlar : - Klinik tədqiqatların III, IV fazaları çərçivəsində yeni şişəleyhinə preparatların effektivliyi və orqanizm tərəfindən qəbulunun öyrənilməsi.
  • Müalicənin effektlivliliyinin individual proqnozlaşdırılması :- rasional müalicə taktikasının seçilməsi üçün molekulyar- bioloji şiş markerlərini öyrənilməsi.

Şöbədə həmçinin yumurtalıqların, mədənin bədxassəli şişləri və digər solid şişlərin yeni metodlarla müalicəsinə yeni yanaşma metodları işlənilir.Biologiya, genetika və immunologiya sahəsində əldə olunmuş fundamental elmi nailiyyətlərin kliniki istifadəsinə xüsusi diqqət yetirilir. Bundan əlavə,bədxassəli şişlərin target terapiyasında yeni müalicə metodlarının işlənilib hazırlanmasına xüsusi diqqət yetirilir.

Şöbənin əməkdaşları aparıcı xarici tibbi mərkəzlərdə iş təcrübəsi toplamış yüksək ixtisaslaşmış mütəxəssislərdir. Mütəxəssislərin ixtisaslaşdırılması və aparıcı klinikaların elmi praktiki yenilikləri ilə daimi mübadiləsi istənilən çətinlik dərəcəli müasir dərman terapiyasının şöbədə aparılmasına imkan verir.