- qiyasbayli_s@yahoo.com
- (+994 12) 537-08-11
1984-1990-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə – profilaktika fakültəsində təhsil almışdır.
1990-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Terapiya kafedrasında internatura keçmişdir.
1991-2004-cü illərdə Milli Onkologiya Mərkəzinin I kimyaterapiya şöbəsində həkim-onkoloq vəzifəsində çalışmışdır.
2004-cü ildən Milli Onkologiya Mərkəzinin I kimyaterapiya şöbəsində böyük elmi əməkdaş vəzifəsində çalışmaqdadır.
Dəfələrlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasında onkologiya ixtisası üzrə təkmilləşmə kursları keçib və onkologiya üzrə elmi konfranslarda iştirak etmişdir.
1994-cü ildə “Yayılmış qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsində Vepezidin effektivliyi” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildə, ona fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
2004-cü ildə “Yayılmış bəd xassəli şiş olan xəstələrdə qaraciyərin funksional vəziyyəti” mövzusunda tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiyasını müdafiə edib. Həmin ildə, ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.