Yaponiyadan endoskopist Milli Onkologiya Mərkəzində olub

|

     2023-cü il oktyabrın 17-də Yaponiyanın Kyuşu Universitetinin Tibb Elmləri Ali Məktəbinin Tibb və Klinik Elmlər kafedrasının dosenti, doktor Tomohiko Moriyama Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində  olub. O, 20 ilə yaxındır ki, erkən mədə-bağırsaq xərçənginin endoskopik diaqnostikası və müalicəsi ilə məşğuldur, 100-dən çox rezidentə və 200-dən çox xarici təcrübəçiyə qastroenterologiya və endoskopiyadan dərs deyib.

     Doktor Tomohiko Moriyama Milli Onkologiya Mərkəzinin Endoskopiya şöbəsində olub və ustad dərsində iştirak edib. Burada yapon mütəxəssis Mərkəzin həkimləri ilə dəyirmi masada  müasir endoskopiya, tibb və əməkdaşlıq məsələlərini müzakirə edib, fikir mübadiləsi aparıb.