Akademik Cəmil Əliyev beynəlxalq mükafata layiq görülüb

|

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev yüksək mükafata layiq görülüb. O, Ukraynanın Milli Tibb Elmləri Akademiyası tərəfindən nüfuzlu “Milli Tibb Elmləri Akademiyasının medalı” ilə təltif edilib. Təltif görkəmli alimə onkologiya sahəsində elmi-tədqiqat fəaliyyətinə verdiyi mühüm töhfələrə görə təqdim olunub.

Mükafatlandırma sənədində qeyd olunur ki, akademik Cəmil Əliyev uzun illər ərzində tibbi elmin inkişafında, onkoloji xidmətin təkmilləşdirilməsində, eləcə də beynəlxalq elmi əməkdaşlığın genişlənməsi sahəsində sanballı nailiyyətləri ilə tanınır. Onun çoxillik səmərəli fəaliyyəti həm Azərbaycan, həm də beynəlxalq tibb ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir.