Onkoginekoloqların I Bakı Forumu 2016

|

4-5 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində beynəlxalq mütəxəssislərin iştirakı ilə  Onkoginekoloqların I Bakı forumu keçirildi. Forum   “Uşaqlıq boynu patologiyaların müalicəsində yeni  texnologiyalar” mövzusunda idi.

Onkologiya sahəsində aparıcı elmi və kliniki müəssisələr, Milli Onkologiya Mərkəzi tədbirin təşkilatçıları kimi çıxış etdilər. Tədbirin məqsədi onkoginekologiya sahəsində yeni texnologiyalar ilə tanış olmaq, xarici həmkarlar ilə təcrübə mübadiləsi aparmaq və gənc həkimlərin ixtisasını artırmaqdır.

Bu məqsədlərə nail olmaq üçün forumun birinci günü nəzəri hissəyə, ikinci günü isə praktikaya həsr olundu. Kolposkopiya və fiziocərrahiyyə müalicə üsulları üzrə master-klass (ablasiya, biopsiya, eksiziya və konizasiya).

Həmçinin forumda  Milli Onkologiya Mərkəzinin xəstələrinin konservativ və cərrahi müalicə təcrübəsi də təqdim olundu.

Bu işin əsas məqsədi Azərbaycanda qadınlara tibbi xidmətin gücləndirilməsi, onkoloji xəstəliklərin erkən aşkarlanması və onun qarşısının alınmasıdır.