I Kimyaterapiya Şöbəsi (Gündüz stasionar)




Azərbaycan Respublikasında Ambulator kimyaterapiya artıq 20 ildən artıqdır ki aparılır. Ilk dəfə 1991-ci il 22 iyunda MOM da ambulator kimyaterapiya kabineti yaradılmış, 2014-cü ildən kabinetin işi genişləndirilərək şöbə kimi fəaliyyətinə yeni terapevtik korpusda davam edir.

Bu gün praktik olaraq bütün lokalizasiyalı bədxassəli şişlərin  ambulator şəraitdə  kimyaterapiya protokolları işlənib hazırlanmışdır. İldən ilə ambulator kimyaterapiya alan xəstələrin sayı artmaqdadır. Ambulator kimyaterapiya xəstələrə əvvəlki aktiv həyat tərzlərini davam etdirməyə, hətta əmək qabiliyyətlərini saxlamağa imkan verir və bu yolla xəstələrin maddi qayğıları da azalmış olur, xəstələrin həyat keyfiyyəti yaxşılaşır.

Əgər xəstənin həyat keyfiyyətini 3 aspektdən dəyərləndirməli olsaq:

  • fiziki funksional
  • psixoemosional
  • sosial ekonomik

Ambulator müalicənin əsas üstünlüyü müsbət psixoemosional faktorların olmasıdır. Belə ki, xəstənin ümumi vəziyyəti həyat stereotiplərinin, sosial və ailə əlaqələrinin saxlanılması, həmçinin diaqnoz haqqında anonimliyin qorunmasından çox asılıdır. Ambulator müalicə xəstələrə özlərini  adət etdikləri ev şəraitində hiss etməyə imkan verir, xəstələr stasionarın mənfi psixoloji təsirlərinə az məruz qalırlar, həm də yatrogen zədələnmə və xəstəxanadaxili infeksiya təhlükəsi də minimuma enmiş olur. Individual yuxu , istirahət və qidalanma rejimlərinin seçilməsi , ətraf mühit faktorlarının əlverişli təsiri xəstəyə kimyaterapiya müalicəsini daha yüngül keçirməyə kömək edir.

Ambulator kimyaterapiya şöbəsinin əsas iş prinsipləri:

  • MOM-un poliklinka şöbəsinə müraciət edən onkoloji xəstələrə konsultativ yardımın göstərilməsi
  • ambulator şəraitdə mümkun kimyaterapiya müalicəsinin həyata keçirilməsi
  • müalicə müddətində xəstələrin ambulator  müayinəsi, həmçinin periferik qan göstəricilərinə daimi nəzarət
  • müalicə nəticələrinin təhlili- müalicənin effektivliyi, yanaşı təsirlərin qiymətləndirilməsi
  • xəstələrin aktiv və passiv patronajının təşkili.

Bu gün Milli Onkologiya Mərkəzində Ambulator kimyaterapiya şöbəsinin işi bütün dünya standartlarına cavab verə biləcək səviyyədə qurulmuşdur. Şöbədə 4 həkim, 3 tibb bacısı, 4 kiçik tibb işçisi çalışır və demək olar ki, bütün lokalizasiyalı bədxassəli şişlərin-süd vəzi, qadın cinsi üzvləri, prostat vəz, Mədə-bağırsaq traktı, ağciyər, baş-boyun şişləri, limfoqranulomatoz və limfasarkomaların kimyaterapiya müalicəsi həyata keçirilir.

Şöbənin əlaqə telefonları :

Şəhər- (012) 431 19 51

Daxili- 3223, 3275, 3274.