Milli Onkologiya Mərkəzində dəyirmi masa keçirilib



Bakıda “Yüksək riskli neyroblastomaların immunoterapiya ilə müalicəsinin aktual problemləri” mövzusunda dəyirmi masada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MOM-un uşaq onkologiyası şöbəsinin müdiri, tibb elmləri doktoru İsmayılzadə Reyman və Milli Onkologiya Mərkəzin aparıcı mütəxəssisləri iştirak etmişlər.
N.N.Petrov adına Onkoloji Elmi Tədqiqat Mərkəzi Uşaq onkologiyası şöbəsinin müdiri, Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetinin Onkologiya, uşaq onkologiyası və radiasiya terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor Svetlana Kuleva Milli Onkologiya Mərkəzində olmuş, dəyirmi masada çıxış etmişdir.
Tədbirdə neyroblastoma və digər onkoloji xəstəliklərin diaqnostikası və müalicəsində aparıcı beynəlxalq təcrübə, immunoterapiya ilə innovativ müalicə metodunun tətbiqi imkanları və effektivliyi məsələləri müzakirə olunub. Dəyirmi masa başa çatdıqdan sonra qonaqlar MOM-un Uşaq Onkologiya Klinikasına getmiş , kollektivlə tanış olmuşlar. Qonaqlarda xoş təəssürat oyadan görüş zamanı gələcək əməkdaşlığın bəzi məsələləri müzakirə edilmişdir.