Ekoloji maarifləndirici tədbir keçirilib

|

Milli Onkologiya Mərkəzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ekoloji maarifləndirici tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş tibbi tullantıların idarə olunmasına dair “Tibb müəssisələrində əmələ gələn müxtəlif növ tullantıların toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizminin həyata keçirilməsi” mövzusunda keçirilmişdir.

   Tədbirdə  Ətraf mühitdən istifadənin tənzimlənməsi, mətbuatla iş və ekoloji maarifləndirmə sektorunun  müdiri Rafiq Ədilov və aparıcı məsləhətçisi Aynur Əbdüləzimova çıxış edərək  müxtəlif növ tibbi tullantıların toplanması, saxlanılması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmi barədə ətraflı məlumat vermişlər . R. Ədilov  vurğulayıb ki, tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına vura biləcək zərərli təsirinin qarşısının alınması məsələləri ilə bağlı mütəmadi olaraq monitorinqlər təşkil edilir.
     Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr  aparılıb.