Bakıda onkologiyaya həsr olunmuş beynəlxalq elmi-praktik konfranslar keçirilib

|

Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik tədbirlər davam edir.

İyunun 3-də İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Onkologiya dövrlərin başlanğıcında” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videofilm nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, tibb elmləri doktoru, professor Əziz Əliyev açaraq konfransın əhəmiyyətindən danışıb.

Sonra Milli Onkologiya Mərkəzinin yaradılması ilə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra professor Əziz Əliyev “Baş və boyun şişlərinin cərrahi müalicəsinə müasir yanaşma” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzindən tibb elmləri namizədi Yusif Əliyarov, Cavid Qəribov, tibb elmləri namizədi Şəmistan Alıyev, tibb elmləri namizədi Elxan Kazımov, Əlövsət İsayev, tibb elmləri namizədi Günel Hacı və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetindən tibb elmləri doktoru, professor Əli Mudunov, Tümen Dövlət Tibb Universitetinin rektoru, professor İvan Petrov, Tümen Dövlət Tibb Universitetinin professoru Rasim Təmrazov, dosent Yelena Qaysina, dosent Mariya Kuzmenko, dosent Anna Loqvinenko, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Vajenin, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.N.Bloxin adına Onkologiya MTTM-dən Polad Kərimov, A.S.Loginov adına Moskva Klinik Elmi-Təcrübə Mərkəzindən tibb elmləri doktoru, professor Arif Allahverdiyev, “Lapino” Klinik Hospitalının Xərçəng Mərkəzindən tibb elmləri doktoru Qöncə Allahverdiyeva, tibb elmləri namizədi Cənnət Çekini, tibb elmləri namizədi Vadim Qruzdev və başqaları çıxış ediblər.

Sonda mövzular ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, iyunun 2-də Rusiya Federasiyası Səhiyyə Nazirliyi İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Onkohemotologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdi.

Konfransda Rusiya Federasiyasından Seçenov Universitetinin professoru Pərvin Zeynalova, N.İ.Piroqov adına Milli Tibbi Cərrahiyyə Mərkəzinin professoru Vladislav Sarjevski, A.S.Loginov adına Moskva Klinik Elmi-Praktik Mərkəzindən Qalina Dudina, Rusiya Federasiyası Milli Tibbi Tədqiqat Hematologiya Mərkəzindən Mobil Əhmədov, “Lapino” Klinik Hospitalının Xərçəng Mərkəzindən Аhov Аndemirkan və Elxan İbrahimov, Azərbaycan Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin aparıcı mütəxəssisləri Valeh Hüseynov, professor Аzər Кərimov, dosent Çingiz Əsədov müzakirə olunan məsələlərlə bağlı məruzələrlə çıxış ediblər.