Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar

|

16 mart  2024-cü il tarixində “Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda konfrans keçiriləcək. Tədbir Heydər Əliyev Fondunun “Regional İnkişaf" İctimai Birliyinin dəstəyi, Milli Onkologiya Mərkəzi və Avrasiya Onkoloji Dərnəyinin təşkilatçılığı ilə keçirilir. Konfransda Azərbaycan və Türkiyədən dəvət edilmiş mütəxəssislər süd vəzi xərçənginin müasir müalicə üsullarını əhatə edəcək mövzularla çıxış edəcəklər.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiya olunmuşdur və 11 kredit vahidi verilmişdir.

Tarix: 16 mart 2024-cü il saat 09:00
 

Ünvan: Excelsior otel, Heydər Əliyev prospekti 2, Bakı şəhəri

Qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSdrbZfe4g9xAsM7SwMmU60uxXl-ke47K-DqRyTN7sNn2G1QLQ/viewform?usp=sf_link