Milli Onkologiya Mərkəzinə ən müasir müalicə aparatı gətirilmişdir

|

Milli Onkologiya Mərkəzinin Şüa müalicəsi və Tibbi fizika şöbələrinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə yeni, ən müasir ultrasəsli tomografiya Siemens NX3 ELİTE aparatı alınmışdır. Göstərilən cihaz orqan və toxuma daxili şüa müalicəsinin daha dəqiq aparılması üçün ətraf toxumaları maksimum qorumaqla, patolojı prosesi yüksək dozada şüalandırmağa imkan yaradır. Bu da şüa müalicəsinin effektivliyinin yüksəlməsi və gözlənilən şüa fəsadlarının xeyli azalmasına imkan yaradır. Nəticədə pasientlərin yaşama və həyat göstəriciləri xeyli yüksəlir.

Şöbənin əməkdaşları Mərkəzin rəhbərliyinə onlar üçün yaradılmış imkanlar üçün dərin minnətdarlığını bildirir.