
15-16 mart 2019-cu il tarixlərində Bakı şəhərində 3-cü Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək.

Ümumdünya Xərçəng Gününə həsr edilmiş III Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpozium

“Bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşma” mövzüsunda Konfrans

Hörmətli Həmkar,
Sizi II Bakı Endoskopik Forum tədbirində iştirak etməyə dəvət edirik.
Keçirilmə yeri: Milli Onkologiya Mərkəzi
13 kredit baldan ibarət Sertifikatlar təqdim olunacaq
Qeydiyyat: http://endoforum.az
Tarix: 06 Oktyabr 2018

Milli Onkologiya Mərkəzi ilə Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) birgə əməkdaşlığı çərçivəsində 15-16 Sentyabr 2018 il tarixdə “Multidissiplinar Xərçəng Müalicəsi Kursu” (Multidisciplinary Cancer Management Course) adlı tədbir planlaşdırılır.Kurs süd vəzi xərçəngi və baş-boyun şişlərinin müalicəsində multidissiplinar yanaşmanın, istifadə edilən klinik protokolların əhəmiyyəti, aparılan cərrahi, kimya və şüa müalicəsində son yeniliklər, yeni hədəf preparatların tədbiqi ilə əlaqəli olacaq.Tədbirdə Amerika Klinik Onkologiya cəmiyyəti tərəfindən dəvət olunmuş mütəxəssislər professor Julia Gralov, Herbest Loong, Carlos Garcia Etinne, David Raben, Tan İnce iştirak edəcəklər. Kursun müxtəlif xəstə təqdimatlarının müzakirəsi ilə interaktiv şəkildə keçirilməsi düşünülür. Tədbirin dili İngilis dilində ( tərcümə ilə birgə) olacaq.Tədbirdə iştirak ödənişsizdir.Yerlər məhdud olduğu üçün qeydiyyatdan ilk keçən şəxslər iştirak edə biləcəklər.