26.05.2022

26 may 2022-cı il tarixində 3224.01–“onkologiya” ixtisasında  tibb üzrə fəlsəfə doktoru  elmi  dərəcəsinə iddia olunan Milli Onkologiya Mərkəzinin dissertantı Yusif Əli oğlu Əhmədovun “Limfomalı xəstələrdə virus infeksiyalarının patogenetik və klinik rolu” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.

ətraflı...

11.05.2022

11 may 2022-ci ildə 3225.01 – “şüa diaqnostikası və terapiyası”  və 3224.01 “onkologiya” ixtisaslarında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan AR SN ATU-nun dissertantı  Aminə Ramiz qızı Hüseynovanın “Dayaq-hərəkət aparatının birincili bədxassəli şişlərinin kompleks diaqnostikasında maqnit-rezonans tomoqrafiyanın rolu” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək.

ətraflı...

07.04.2022

18-19 aprel 2022-ci il tarixlərində Avropa Onkologiya Məktəbi (ESO), Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Visiting Professorship Meetings” proqramı çərçivəsində “Süd vəzi xərçəngi xəstələrində fertillik problemləri” adlı tədbir keçiriləcək. 

ətraflı...

03.03.2022

11 mart 2022-ci il tarixində saat 11:00-da AMEA Biofizika İnstitutunda “Elm günü”nə həsr olunmuş “GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçiriləcək.

ətraflı...

15.02.2022

02.03.2022 -ci il tarixində saat 14:00-da 3225.01 – “şüa diaqnostikası və terapiyası” ixtisasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin dissertantı Hacı Günel Rasim qızının  “d vəzi xərçəngində tənəffüsün dərin inspirasiya fazasında aparılan şüa müalicəsinin effektivliyi” mövzusunda dissertasiya işinin rəsmi müdafiəsi keçiriləcək.

ətraflı...